Haqqımızda

Şirkət «Azeri Inter Euro Enjinirinq Konsultant» adı ilə 2015 ildə yaradılmışdır, 2016 ilin ikinci yarısından etibarən marketinq nöqteyi nəzərindən rebrendinq olunaraq «AZKON Lift Company» adı altında iş fəaliyyətini davam etdirməkdədir.

«AZKON Lift Company» 2015-ci ilin İyunundan etibarən «XIZI LIFT»-in və 2016-cı ilin Yanvar ayından «SHANGHAI MITSUBISHI ELEVATOR»-ın rəsmi nümayəndəsidir.

Şirkətimizin hər bir əməkdaşının qaldırıcı qurğular sahəsində 17 illik təcrübəsi vardır. Bu illər ərzində bizim komandamız subpodratçı qismində Azərbaycanda 1500-ə qədər aparıcı dünya brendlərinin avadanlıqlarının (lift, eskalator, travalator, əlillər, maşın və yük üçün qaldırıcı qurğular) montajını həyata keçirmişdir. Eləcədə Gürcüstan, Türkiyə, B.Ə.Ə. və Səudiyyə Ərabstanı kimi ölkələrdə iş təcrübəmiz vardır.

Bizim xidmətimiz avadanlığın gətirilməsindən başlayaraq montaj, təhvil-təslim və yüksək xidmətlə nəticələnən geniş spektrı əhatə edir.                               

Fəaliyyətimizin əsas istiqamətləri:

  • Liftlərin, eskalatorların və travalatorların (zavod istehsalçıdan) gətirilməsi.
  • Avadanlığın montaj və demontajı.
  • Fəaliyyətimizə aid olan proyektlərin işlənməsi.
  • Qaldırıcı qurğuların modernizasiyası.
  • Liftlərin, eskalatorların və travalatorların texniki xidməti və təmiri.