Tərəfdaşlar

"Shanghai Mitsubishi Elevator Co.,Ltd." lift istehsalı üzrə səhmdar cəmiyyəti olub, Çinin Şanxay şəhərində qeydiyatdan keçmişdir. Yaponiyanın "Mitsubishi Electric Corporation", "Shanghai Mechanical & Electrical Industry Co., Ltd.", ”China National Machinery Import & Export Group Co., Ltd.”, ” Mitsubishi Electric Hong Kong Group Co., Ltd.” birləşərək  1987-ci ildə ”Shanghai Mitsubishi Elevator Co., Ltd.” şirkətini yaratmışlar. Şirkətin ümumi investisiya fondu $ 200 milyon, nizamnamə kapitalı $ 155 milyon təşkil edir. Şirkət 273 000 kv.m. ərazidə yerləşərək, 2000 nəfər işçi heyətinə sahibdir.

Dünyanın ən yüksək sürətli liftləri ”Shanghai Mitsubishi Elevator Co., Ltd.” şirkətinə məxsusdur.

Shanghai Tower (Şanxay qülləsi) 18 metr/saniyə (1080 metr/dəqiqə).

Hal hazırda”Shanghai Mitsubishi Elevator Co., Ltd.” öz rekordunu yeniliyərək liftin sürətini 20.5 metr/saniyə (1230 metr/dəqiqə) sürətinə çatdirmaq üçün planlı çalışmalar aparır. Bununla da ”Shanghai Mitsubishi Elevator Co., Ltd.” dünyanin ən keyfiyyətli, müasir, inovativ və komfortlu liftinə sahib olduğunu nümayiş etdirməkdədir.  

Shanghai Mitsubishi website: http://www.smec-cn.com/en/

"XİZİ LİFT" Çinin 500 ən böyük  holdinqlərindən biri" XIZI UHC"-yə daxildir." XIZI UHC"-in illik dövriyyəsi 4.2 milyard ABŞ dolları təşkil edir. Şirkət 1981-ci ildə "Hangzhou Xizi Elevator Co.,Ltd” zavodu olaraq  yaradılmışdır. 1997 ci ildən 2015 ci ilədək “Handzhou Xizi Otis Co., Ltd" birgə müəssisəsi kimi fəaliyyət göstərmişdir. Bütün lift komponentlərini öz zavodunda istehsal edərək, eyni zamanda  motor istehsalında dünya liderlərindən biri olaraq , diqqər lift brendləri üçün motor istehsal edir (2014 cü ildə 120.000 motor istehsal olunmuşdur). Halhazırda Çin lift şirkətlərinin ən muasir test qüllələrindən birinə malikdir. Test qülləsinin birinci fazasında 7m.s sürətli və 8000kq liftləri sınaqdan keçirdmək mümkündür. Test qülləsinin İkinci fazasının hündürlüyü 208 metr təşkil edəcək ki, (Çinin ən hündür test qülləsi)  burada 18m/s sürətli liftləri sınaqdan keçirmək imkanı yaranmış olacaqdır.

"XIZI LİFT" zavodu OTİS, XİZİ OTİS, SCHİNDLER, KONE, HYUNDAİ, HİTACHİ və TOSHİBA

brendləri üçün lift və ehtiyyat hissələri istehsal edir.

XIZI LIFT website: http://www.xizilift.com/en


"Has Asansor" - Türkiyənin Bursa şəhərində 1980-ci ildə kiçik bir atelyedə istehsalata başlayan Has Lift, lift sektoruna xidmət vermənin ilk pillələrini rezin və plastik parçalar çıxararaq atmışdır və bu gün "Has Asansor" 17000 kv.m. ərazidə lift istehsal edərək, 130 nəfərlik texniki mütəxəssis heyəti, xarici nümayəndəliyi və 63 ölkəyə ixracat tutumuyla ayda 6000 ədəd yarı avtomatik qapı, 2500 ədəd tam avtomatik qapı, 180 ədəd lift kabinəsi və süspansiyonu, 200 ədəd çağırış panosu və 15 ədəd hidravlik konsol modulu istehsal tutumuyla müştərilərinə xidmət verməyə davam edir.

Has Asansor website: http://www.hasasansor.com.tr/tr/