İLQAR MİRZAMİN OĞLU QƏMBƏRLİ

BAŞ MÜHƏNDİS

Təvəllüd - 11 Oktyabr 1974 il Saatlı rayonu, Telmankənd . 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis elektromexanik ixtisası üzrə bitirmişdir. 2001- 2002-ci illərdə Baklift II-də elektromexanik vəzifəsində çalışmışdır. 2002 - 2004-ci illərdə «Oğuz lift» MMC-də montajçı kimi fəaliyyət göstərmişdir. 2004 ildə «Göksan lift» MMC-yə 5-ci dərəcəli elektromexanik vəzifəsində işə gəbul edilmişdir və 2005-ci ildə isə Montaj/Servis şöbəsinin müdiri təyin edilmişdir. 2006 - 2009-cu illərdə (Mitsubishi-in nümayəndəsi) «ETA - Electromech Technical Associates» şirkətində mühəndis vəzifəsində çalışmışdır. 2009 - 2013-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2013 - 2016-cı illərdə «İtallift» (Toshiba-ın nümayəndəsi), sonradan «Khazarliftservis» şirkətində baş mühəndis vəzifəsində çalışmışdır. 2016-cı ildən «AZKON Lift Company» şirkətində baş mühəndis vəzifəsində çalışır.